İsrail və Suriya 2025-ci ilin sonuna kimi bir sıra hərbi sazişlər imzalayacaq.
"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat dərc edib.
"İsraillə danışıqlarda irəliləyiş əldə edilir. İlin sonuna kimi bir sıra razılaşmalar əldə olunacaq, ilk növbədə hərbi və təhlükəsizlik sahəsində", - agentlik qeyd edib.
Bildirilir ki, hazırda müqavilənin predmeti barədə məlumat yoxdur.
Xatırladaq ki, “Sky News Arabia” Bakıda Suriya və İsrail arasında təhlükəsizlik görüşünün keçiriləcəyini yazmışdı.
Gülayə Mecid