"Böyük futbol hadisəsinin nə olduğunu təkcə hiss etmirik, həm də görürük. "Qarabağ" klubu ideal sistem nəticəsində dəfələrlə böyük büdcəyə malik olan komandaları məğlub edib".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında komitə sədri Şahin İsmayılov deyib.
"Oyunçular gəlir-gedir, amma sistem olduğu kimi qalır. Əminik ki, "Qarabağ" növbəti oyunlarda da yaxşı nəticə göstərərək xallar qazanacaq", - deyə komitə sədri bildirib.
Deputat Vüqar İskəndərov qeyd edib ki, “Qarabağ” bu gün qələbələrimizi, uğurlarımızı idman meydançalarında simvolizə edir:
"Bu qələbənin mayasında iki əsas məsələ var. Birincisi, 30 ilə yaxın müddətdə qan yaddaşımız olan Qarabağ adını dünyada “Qarabağ” klubu simvolizə edir. Tarixi qələbəmizi “Qarabağ” idman arenasında davam etdirir. İkincisi, “Qarabağ” Avropa Liqasında kiçik – hardasa, 25 milyon avrodan bir az artıq büdcə ilə özündən 5-6 dəfə böyük büdcəli komandaları məğlub edir. Burda yenə Azərbaycanı qələbə simvolizə edir. Komandada döyüşkən ruhun olması, 2:0 uduzduqdan sonra 3:2 hesabı ilə qalib gəlməsi sadəcə fantastikadır".
Anar Kəlbiyev