PSJ-nin hücumçusu futbolçusu Qonsalu Ramuş "Real Madrid"in forvardı Kilian Mbappenin rekordunu təkrarlayıb.

"Unikal" "Telecomasia.net"ə istinadən xəbər verir ki, 24 yaşlı futbolçu bu uğuru UEFA Çempionlar Liqasının 1-ci turunda "Atalanta"nı (İtaliya) 4:0 hesabı ilə məğlub etdikləri oyunda reallaşdırıb.

Matçın 58-ci dəqiqəsində meydana çıxan Ramuş əlavə vaxtda rəqib qapısına yol tapıb. Bu onun Paris komandasında oyuna sonradan qoşularaq imza atdığı 16-cı qol olub. 

Qeyd edək ki, Ramuş PSJ forması ilə 92 matça çıxaraq 35 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.