İspaniyanın Huelva Məhkəməsi 2023-cü il yanvarın 11-dən həbsdə olan gənc futbol məşqçisini 21 azyaşlıya qarşı pedofiliya törətdiyinə görə 60 il 9 ay həbs cəzasına məhkum edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, cinayətlər onun rəsmi mövqeyindən və qurbanların xüsusi həssaslığından istifadə etməklə törədilib.
Məlumata görə, həmin şəxs qanunun 31 maddəsini pozmaqda təqsirli bilinib. O, həmçinin həbs olunduqdan sonra beş il müddətində zərərçəkmişlərlə əlaqə saxlamaq və ya onlarla 200 metrdən yaxın məsafədə olmaq qadağan edilib.
Bundan əlavə, onun yetkinlik yaşına çatmayanların idman fəaliyyəti sahəsində hər hansı məşqçi və ya təlimatlandırıcı kimi vəzifə tutması qadağan ediləcək.
Ağarza Elçinoğlu