Dünya Alpaqut Federasiyasının (DAF) İcraiyyə Komitəsinin üzvləri və Azərbaycan nümayəndəliyinin rəhbər şəxsləri tutduqları vəzifələrdən istefa veriblər.

DAF-nin mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, istefaların əsas səbəbi federasiyanın idarə olunması və inkişaf strategiyası ilə bağlı İcraiyyə Komitəsi və İdarə Heyəti arasında yaranmış ciddi fikir ayrılıqlarıdır.

İstefa verənlərin siyahısı aşağıdakı kimidir:

DAF Prezidenti – Jalə Əhmədova

1-ci vitse-prezident – Könül Nurullayeva

Vitse-prezident – Anar Qurbanov

İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri – Firuzə İskəndərova

Katibliyin rəhbəri – Tünzalə Əzimova

Azərbaycan nümayəndəliyinin prezidenti – Fuad Quliyev

1-ci vitse-prezident – Mehman Səfərov

Vitse-prezident – Davud Davudov

Könüllülərlə iş departamentinin rəhbəri – Jalə Məmmədova.