UEFA Çempionlar Liqasının ilk həftəsində Türkiyənin “Qalatasaray” klubu səfərdə Almaniyanın “Ayntraxt Frankfurt” komandası ilə qarşılaşıb.
"Unikal" xəbər verir ki, Frankfurt Stadionunda keçirilən matçda "Qalatasaray" "Frankfurt"a 5:1 hesabı ilə uduzub.
Almaniya komandasının qollarını 37-ci dəqiqədə Davinson Sançez, 45+2-ci dəqiqədə Can Uzun, 45+4-cü və 66-cı dəqiqələrdə Conatan Burkardt, 75-ci dəqiqədə Ansqar Knauff vurub.
"Qalatasaray"ın yeganə qolunu 8-ci dəqiqədə Yunus Akgün vurub.
Çempionlar Liqasına heç də yaxşı başlamayan “sarı-qırmızılar” ilk matçlardan sonra həftəni 0 xalla 35-ci pillədə başa vurub. Top fərqinə görə Frankfurt 3 xalla ikinci pillədə qərarlaşıb.
Çempionlar Liqasının ikinci həftəsində “Qalatasaray” sentyabrın 30-da “Liverpul”u qəbul edəcək. "Ayntraxt Frankfurt" səfərdə "Atletiko Madrid"in qonağı olacaq.
Ağarza Elçinoğlu