Amerikalı siyasətçi Çarli Kirkin ABŞ-də faciəli şəkildə öldürülməsindən sonra İtaliya hökuməti yüksək vəzifəli şəxslər üçün təhlükəsizlik tədbirlərini gücləndirmək qərarına gəlib.

"Unikal" xəbər verir ki, hökumət mənbələrinin məlumatına görə, baş nazir Corciya Meloni, eləcə də onun müavinləri Antonio Tayani və Matteo Salvini üçün təhlükəsizlik səviyyəsi “fövqəladə” səviyyəyə qaldırılıb.

Bu qərar Kirkə sui-qəsddən sonra qəbul edilib.

Artan təhlükəsizlik səviyyəsində rəsmilərin hər birində üç mühafizəçi olan iki və ya üç zirehli maşının istifadəsini nəzərdə tutur. Əvvəllər, cari qanunvericilik dövrünün əvvəlindən Meloni, Tayani və Salvini ikinci səviyyəli təhlükəsizliyə üstünlük vermişdilər, lakin son hadisələrdən sonra onlar daha yüksək səviyyəli mühafizə səviyyəsinə keçmək qərarına gəliblər.