Ermənistanın əmək və sosial məsələlər naziri Narek Mkrtçyan vəzifəsindən istefa verib.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
O, Ermənistan Respublikasının Baş nazirinə xüsusi minnətdarlığını da bildirib: "Nəzərinizə çatdırmaq istərdim ki, əmək və sosial məsələlər naziri kimi səlahiyyətlərimə xitam verirəm. Ölkəmizin ciddi böhranla üzləşdiyi bir vaxtda, müharibədən sonrakı dövrdə mən bu vəzifəni tutmuşam".
Prezident Vaaqn Xaçaturyanın imzaladığı fərmanla Narek Mkrtçyan Ermənistanın ABŞ-də fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Digər sərəncamla Arsen Torosyan Ermənistan Respublikasının əmək və sosial məsələlər naziri təyin edilib.
Qeyd edək ki, Torosyan deputat mandatından imtina ilə bağlı ərizə vermişdi və bu gün onun səlahiyyətlərinə xitam verilib.
Ağarza Elçinoğlu