Tovuzda iki nəfəri it dişləyib.
"Unikal"ın məlumatına görə, zərərçəkənlər rayonun Abulbəyli kənd sakini 65 yaşlı Elman Nəbiyev və Tovuz şəhər Xəqani küçəsində yaşayan 16 yaşlı Aybəniz Ələkbərovadır. Onlar it dişləmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Onlara yardım edilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Tural Əhmədov