Azərbaycanda məktəblərin 63 faizi genişzolaqlı internetə qoşulub.
"Unikal" xəbər verir ki, bunu Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov bildirib.
Onun sözlərinə görə, rəqəmsallaşmanın əsas məqsədi şagirdlər üçün bərabər təhsil və öyrənmə imkanlarının yaradılmasıdır.
"Rəqəmsallaşma ilk növbədə şagirdlər üçün bərabər öyrənmə imkanları yaratmalıdır. Bəzən elə düşünülür ki, interneti olmayan məktəblər var. Əslində, internet bağlantısı olmayan məktəbimiz yoxdur, məktəblərin 63 faizi genişzolaqlı internetə qoşulub. Ölkədə 2 857 məktəb genişzolaqlı internetlə təmin olunub. Həmçinin, şagirdlərin 82 faizi genişzolaqlı internet bağlantısı ilə əhatə edilib. 2020-ci ildə isə bu göstərici 171 məktəbi əhatə edib. Məktəblərə ümumilikdə 236 295 kompüterin verilməsi nəzərdə tutulur.












.webp)








































