"Azərbaycan Türk dövlətləri arasındakı strateji əməkdaşlıq və inteqrasiyanın güclənməsinə xüsusi töhfə verən dövlətdir. Son illər həm Türk dövlətləri arasında iqtisadi əməkdaşlığın dərinləşməsi, həm də milli iqtisadiyyatlarının sürətli inkişafı qeydə alınıb".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, 2024-cü ildə Türk dövlətlərinin iqtisadiyyatı 5,4 faiz böyüyüb:
"Bu, 3,2 faizlik qlobal iqtisadi artımı xeyli dərəcdə üstəliyir. Türk dövlətləri 2,11 trilyon dollar ÜDM ilə qlobal iqtisadiyyatda 1,8 faizlik paya sahibdirlər. 2024-cü ildə Türk dövlətlərinin ümumi ticarət dövriyyəsi 1,17 trilyon dollar təşkil edib ki, bu da qlobal ticarət dövriyyəsinin 3,5 faizi deməkdir.
Yeni dünya düzəninin formalaşması mərhəsləsində regionda müşahidə edilən siyasi katakalizmlərə rəğmən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirməklə yanaşı, ölkəmizi regional “orta güc” dövlətinə çevirib. Çox vektorlu xarici siyasət Azərbaycanın eyni zamanda Qərb və Şərqlə tərəfdaşlığını gücləndirərək regional təhlükəsizliyin qorunmasında rolunu daha da artırıb. Mövcud iqtisadi potensialı ilə Türk dünyası regional gücə çevrilərək qlobal məsələlərə töfvə verə bilir. Bu, Azərbaycan daxil olmaqla, Türk dövlətlərinin geo-siyasi mövqeyini daha da gücləndirir".