İsrail pilotsuz təyyarələri (PUA) Suriyanın paytaxtı Dəməşq ətrafındakı Qusvah bölgəsinə hücum edib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hücumlarda 6 Suriya əsgəri həlak olub.

Suriya dövlət televiziyası Əl-İhbariyyə İsrail hərbçilərinin Quneytranın şimalındakı Tiranca kəndində bir evə hücumu nəticəsində bir mülki vətəndaşın həlak olduğunu da açıqlayıb.

Suriya Xarici İşlər Nazirliyi İsrailin hücumlarını qətiyyətlə pisləyib.

Ağarza Elçinoğlu