Azərbaycan üzərindən neft ixracının bərpası ilə bağlı danışıqlar aparılır.

"Unikal" xəbər verir ki, Qazaxıstanın energetika naziri Yerlan Akkenjenovun bu sözləri "Ulysmedia.kz"da yayımlanıb. 

Nazir Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan kəmərindən tədarükü ilə bağlı suala belə cavab verib: "Operatordan orada üzvi xlorid birləşmələrin olması ilə bağlı heç bir rəsmi açıqlama görməmişəm. Amma bu barədə xəbər lentlərindən öyrəndim. İşin dayandırılması ilə bağlı mesaj var idi. Amma bilirəm ki, onun tezliklə bərpası üçün danışıqlar aparılır".

Bundan əvvəl Böyük Britaniyanın BP şirkəti bildirib ki, Azərbaycanın əsas ixrac marşrutlarından biri olan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə dünya bazarlarına göndərilən xam neftin bəzi partiyalarında üzvi xloridlərin izləri aşkar edilib.

Qeyd edək ki, Qazaxıstan Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 2025-ci ilin ilk altı ayı ərzində 800 min ton neft nəql edib.

Ağarza Elçinoğlu