Avqustun 27-dən etibarən ABŞ-nin Hindistandan gətirilən mallara 50 faizlik rüsumları qüvvəyə minib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Vaşinqton qərarını Yeni Dehlinin Rusiya neftini alması ilə izah edib.
Tərəflər razılığa gəlmədən 5 raund danışıqlar aparıb. Hindistan hökuməti tədbirlərin sürətlə yumşaldılmasını gözləmir. Buna görə, səlahiyyətlilər rüsumlardan təsirlənən ixracatçılara kömək edəcəklər. Bizneslər ixracı Latın Amerikası, Çin və Yaxın Şərq bazarlarına yönləndirməyə təşviq ediləcək.
Ağarza Elçinoğlu