Azərbaycandan xarici bazarlara alma, armud və heyva ixracında artım dinamikası davam edir. Bu ilin ilk yeddi ayı ərzində ölkəmizdən 58,941.5 ton alma, armud və heyva ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 53,6% artıqdır.
Kənd Təsərrüfatı Nazirliyindən "Unikal"a verilən məlumata görə, ixrac olunan məhsulun həcmi ilə yanaşı dəyərində də artım müşahidə olunur.
Qeyd olunan dövrdə xarici bazarlara ixrac edilən alma, armud və heyvanın ümumi dəyəri
41,647.7 min dollar təşkil edib.
Bu məhsulların ixrac dəyəri ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 62,9% artıqdır.