Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Samux rayonu, Qədili kəndində açıq ərazidə qamışlıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub. 

Bu barədə "Unikal"ın sorğusuna cavab olaraq FHN-dən məlumat verilib.

Bildirilib ki, dərhal əraziyə Samux rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub və yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.