Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) müfəttişlərinin birinci qrupu İrana gedib.
"Unikal" xəbər verir ki, bunu MAQATEnin baş direktoru Rafael Qrossi açıqlayıb.
Onun sözlərinə görə, müfəttişlər yaxın vaxtlarda işə başlayacaqlar: "MAQATE müfəttişlərinin ilk qrupu İrana gəlib və biz işi bərpa etməyə hazırlaşırıq. İşimizin bərpasını asanlaşdırmaq üçün hansı əməli tədbirlərin görülə biləcəyi müzakirə olunur".
Müfəttişlər ilk olaraq bu ilin iyununda İsrail və Amerikanın bombardmanlarından təsirlənməmiş ərazilərdə işləyəcəklər.
Ağarza Elçinoğlu