Xəbər verdiyimiz kimi, Ermənistan Müdafiə Nazirliyinin hərbçisi Geqarkunik rayonundakı hərbi hissələrdən birində güllələnib.
"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, Ararat sakini hərbi xidmətdən yayınmaq üçün qəsdən özünü yaralayıb.
Cinayət Məcəlləsinin 527-ci maddəsinin 1-ci (sağlamlığa zərər vurmaqla (şikəst etmə) hərbi xidmətdən yayınma və ya müəyyən vəzifələrin icrasına xitam vermə, xəstəliyə oxşayaraq və ya digər qanunsuz üsulla) maddəsi ilə cinayət işi başlanıb.
Faktla bağlı araşdırma aparılır.
***09:57
Ermənistan Müdafiə Nazirliyinin hərbçisi Geqarkunik rayonundakı hərbi hissələrdən birində güllələnib.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Yaralı hərbçi İrəvandakı “Muratsan” Hərbi Hospitalına yerləşdirilib. O, əməliyyat olunub.
Faktla bağlı cinayət işi başlanıb.
Ağarza Elçinoğlu