Netanyahunun 1915-ci il hadisələri ilə bağlı bəyanatı keçmiş hadisələrdən siyasi məqsədlər üçün istifadə etmək cəhdidir.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
"Fələstin xalqına qarşı törədilən soyqırımdakı roluna görə mühakimə olunan Netanyahu özünün və hökumətinin törətdiyi cinayətləri ört-basdır etməyə çalışır. Tarixi və hüquqi faktlarla bir araya sığmayan bu bəyanatı qınayır və rədd edirik", - bəyanatda bildirilib.
Qeyd edək ki, bundan əvvəl Netanyahu "Erməni Soyqırımı"nı tanıdığını bəyan etmişdi.
Ağarza Elçinoğlu