"Spotify" musiqi platformasında şəxsi mesajlaşma funksiyası istifadəyə veriləcək.

"Unikal" xəbər verir ki, bu barədə məlumat servisin rəsmi saytında yer alıb.

"Spotify" komandası bildirib ki, istifadəçilər dostları və ailələri ilə sevdikləri musiqi, podkast və ya audio kitabları paylaşa biləcəkləri xüsusi bir məkanın tətbiqə əlavə olunmasını istəyiblər.

Mesajların təhlükəsizliyi üçün söhbətlər standart şifrələmə ilə qorunacaq. Yeni funksiya yaxın zamanda istifadəyə veriləcək.

Şəxsi mesajlaşma həm baza, həm də premium hesablar üçün əlçatan olacaq. İstifadəçilər mesaj sorğularını qəbul və ya rədd edə, şikayət göndərə, qarşı tərəfi bloklaya və ya ümumiyyətlə mesaj qəbul etməmək seçimindən istifadə edə biləcəklər. Bu funksiya yalnız 16 yaşdan yuxarı şəxslər üçün aktiv olacaq.