Təmsilçimiz "Qarabağ" bu gün UEFA Çempionlar Liqasının liqa mərhələsinə yüksəlmək üçün "Ferentsvaroş"la cavab matçına çıxacaq.

"Unikal" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşə saat 20:45-də start veriləcək.

Qeyd edək ki, Macarıstanda keçirilən ilk görüş "Qarabağ"ın 3:1 hesablı qələbəsi ilə başa çatmışdı.

27 avqust

UEFA Çempionlar Liqası

Pley-off

Saat 20:45, "Qarabağ" - "Ferentsvaroş".