Avqustun 24-də "Real Madrid" La Liqanın ikinci turunda "Real Ovyedo"nu 3:0 hesabı ilə məğlub edib.

"Unikal" xəbər verir ki, Nuevo Carlos Tartiere stadionu "Real Madrid"in İspaniyanın yüksək divizionunda çıxış etdiyi 93-cü stadiona çevrilib. Kral klubu bu stadionların 88-ni qazanıb.

İspan futbol statistikasının məlumatına görə, 88 fərqli stadionda qələbə qazanmaq La Liqa tarixində rekorddur. "Barselona" 87 qələbə ilə ikinci, "Atletiko Madrid" isə 83 qələbə ilə üçüncü pillədə qərarlaşıb.

Ağarza Elçinoğlu