İngiltərənin "Everton” futbol klubu Tayler Diblinqin transferini açıqlayıb.
"Unikal" xəbər verir ki, 19 yaşlı cinah oyunçusu “Sauthempton”dan heyətə cəlb olunub.
İngiltərənin perspektivli futbolçularından sayılan Diblinqlə 4 illik müqavilə imzalanıb. Müqavilənin əsas dəyəri 35 milyon funt sterlinq təşkil edir, əlavə olaraq 5 milyon bonus ödənişləri nəzərdə tutulub.