"Beşiktaş" heyətini Əl Bilal Toure ilə gücləndirib.
"Unikal" fanat-a istinadən xəbər verir ki, İstanbul klubu hücum xəttinə yeni futbolçu cəlb edib."Qartallar" Əl Bilal Toure ilə anlaşıb.
Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.
Mali millisinin üzvü olan 22 yaşlı forvard son mövsümü Almaniyanın “Ştutqart” klubunda icarə əsasında keçirib. O, burada 17 oyunda meydana çıxaraq 4 qol vurub və 3 məhsuldar ötürmə edib.
Əl Bilal Tourenin müqavilə hüquqları isə İtaliya A Seriyasında çıxış edən “Atalanta” klubuna məxsusdur.
Bu transferlə “qara qartallar” hücum xəttində alternativləri daha da artırmış oldu.