Kür çayının Salyan rayonundan keçən hissəsində yaşlı kişi meyiti aşrar olunub.

"Unikal" report-a istinadən xəbər verir ki, hadisə Salyan şəhəri ilə Babazanlı yaşayış məntəqəsini birləşdirən körpünün yaxınlığında qeydə alınıb.

İlkin məlumata görə, qeyd olunan ərazidə şəxsiyyəti məlum olmayan yaşlı kişinin meyiti aşkarlanıb. Meyit götürülərək aidiyyati üzrə təhvil verilib.

Hazırda meyitin şəxsiyyətini müəyyənləşdirmək istiqamətində tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.