Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, qəza Ələt-Astara magistral yolunun 118-ci kilometrliyində qeydə alınıb.
"Kia" markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb.
Qəza nəticəsində maşında olan azyaşlı müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.