Rusiya Ukrayna Hərbi Dəniz Qüvvələrinin gəmilərindən birinə zərbələr endirib.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin sözçüsü Dmitri Pletençuk açıqlayıb.
Hadisə nəticəsində bir ekipaj üzvü həlak olub, daha bir neçə dənizçi yaralanıb.
Pletençukun sözlərinə görə, hazırda hücumun nəticələri aradan qaldırılır: "Ekipajın əksəriyyəti təhlükəsizdir. Bir neçə dənizçinin axtarışları davam edir. Təəssüf ki, bir ekipaj üzvü həlak olub, bir neçəsi yaralanıb".
Ağarza Elçinoğlu