Monqolustanın qərbində 5,2 bal gücündə zəlzələ baş verib.

"Unikal"ın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib.

Məlumata əsasən, zəlzələ Ulanqom şəhərindən 55 km cənub-şərqdə baş verib. Təkanların ocağı 10 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.