Böyük Britaniya Rusiya səfiri Andrey Kelini Xarici İşlər Nazirliyinə çağırıb. 

"Unikal" xəbər verir ki, buna səbəb Rusiya ordusunun Kiyevə və onun ətrafına gecə hücumları olub.

Avqustun 28-də Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtına yeni raket zərbələri endirib. Hücumlar Darnitski, Dniprovski, Solomenski, Şevçenkovski, Qoloseyevski, Obolonski və Desnyanski rayonlarında qeydə alınıb. Ümumilikdə, hücumun nəticələri şəhərin 20-dən çox yerində qeydə alınıb.

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin sözlərinə görə, hücum zamanı Avropa İttifaqının (Aİ) Kiyevdəki nümayəndəliyinin binası da zədələnib. Bununla bağlı Aİ Rusiyanın ittifaqdakı daimi nümayəndəsi Karen Malayana xəbərdarlıq edib. 

Ağarza Elçinoğlu