Avqustun 28-i, saat 13:00-da Sabirabad rayonunun Güdəcühür kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə dörd nəfər (iki kişi, iki qadın cinsli) Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə "Unikal"a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, müxtəlif nahiyələrin travması, əziyi və sınığı diaqnozları təyin olunan şəxslərə zəruri tibbi xidmətlər göstərilib.

1962-ci il təvəllüdlü və 2000-ci il təvəllüdlü şəxslərin (kişi cinsli) vəziyyətləri orta ağır, 1998-ci il təvəllüdlü (qadın cinsli) şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirilir, müalicələri davam etdirilir.

Tibb müəssisəsinə aqonal vəziyyətdə hospitalizasiya olunan 2020-ci il təvəllüdlü azyaşlıya (qadın cinsli) zəruri tibbi xidmət göstərilib və azyaşlı süni tənəffüs dəstəyilə təmin olunub. Vəziyyəti ağır olaraq qiymətləndirilir.

Qeyd edilib ki, hadisə zamanı bir nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

***

Sabirabadda minik avtomobillərinin toqquşması ölümlə nəticələnib.

"Unikal" xəbər verir ki, rayonunun Güdəcühür kəndi ərazisində Rahim Əliyevin və Mircavad Mirqədirlinin idarə etdikləri "VAZ-2107" markalı avtomobillər toqquşub.

Hadisə zamanı sürücü Rahim Əliyev ölüb. Xəsarət alan şəxslər isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriblər.