Naftalan şəhərində yerləşən sanatoriyalardan birində 80 yaşlı kişinin meyiti aşkarlanıb.

"Unikal"ın məlumatına görə, ölən şəxs Ucar rayon sakini Rafiq Şərifovdur.

Hadisə ilə bağlı araşdırma aparılır və hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İlkin ehtimallara görə, R. Şərifov ürək tutmasından dünyasını dəyişib. Məlumata əsasən, o, Ucardan Naftalana istirahət məqsədilə gəlibmiş.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov