Masallıda bədbəxt hadisə nəticəsində 41 yaşlı kişi ölüb.

"Unikal" xəbər verir ki, hadisə Masallı rayonunun Qasımlı kəndi ərazisində yerləşən fermalardan birində baş verib. Axşam saatlarında 1-ci Yeddioymaq kənd sakini, 1984-cü il təvəllüdlü Rəşad Qədiməli oğlu Əsgərovu elektrik cərəyanı  vurub. Nəticədə o aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Yaxınlarının deməsinə görə, Rəşad Əsgərov ona məxsus fermanın ətrafında iş görərkən dəmir setkadan ibarət çəpərə toxunub. Bu zaman onu elektrik cərəyanı vurub.

Baş verən hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. 

Meyit ərazidən götürülərək, daxil və xarici müayinə olunması üçün Mərkəzi Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə təhvil verilib. 
Faktla bağlı Masallı Rayon Prokurorluğunda  araşdırma aparılır.

Xəlil Əliyev