Türkiyə çempionu "Qalatasaray" növbəti transferini rəsmiləşdirib.
"Unikal" xəbər verir ki, "sarı-qırmızılar" Vilfred Sinqonu heyətə qatıblar.
Bu keçidə görə "Qalatasaray" "Monako"ya 30 milyon avro ödəyib. Fil Dişi Sahili millisinin müdafiəçi İstanbil təmsilçisi 5 illik müqavilə imzalayıb. 24 yaşlı futbolçu illik 4,8 milyon avro qazanacaq.
Qeyd edək ki, Vilfred Sinqo "Monako"da iki mövsüm keçirib. O, komandanın heyətində meydana çıxdığı 35 rəsmi matçda 3 qol və 3 ötürmə ilə yadda qalıb.