Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov ABŞ-nin bu ölkədəki səfiri Mayk Hakabi ilə görüşüb. 

"Unikal" xəbər verir ki, azərbaycanlı diplomat bu barədə özünün "X" hesabında paylaşım edib. 

O bildirib ki, amerikalı həmkarı ilə üç həftə əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda keçirilən görüşü və Cənubi Qafqaz üçün yeni perspektivləri müzakirə edib.