ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasında çıxış edəcək.
"Unikal" xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livit açıqlayıb. O bildirib ki, prezident BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində sentyabrın 23-də dünya liderləri qarşısında çıxış edəcək. Tramp bu məqsədlə sentyabrın 22-də Nyu-Yorka gedəcək.