Tanınmış komediya aktyoru Hasan Can Kayanın rekord qıran "Konuşanlar" şousunun yeni məkanı bəlli olub.

"Unikal" xəbər verir ki, "Prime Video", "Maxx", "Netflix" və "Disney+" kimi böyük platformalar tərəfindən təqib edildikdən sonra Hasan Can Kaya qərarını verib. O, "Disney+" ilə müqavilə imzalayıb.

Hasan Can Kaya platforma üçün bu axşam ilk verilişini çəkəcək. “Konuşanlar” sentyabrda tərcümə edilərək bütün dünyada yayımlanacaq.

Qeyd edək ki, şou daha əvvəl iş adamı Acun Ilıcalının "Exxen" platformasında nümayiş olunurdu.