ABŞ Prezidenti Donald Tramp səhhəti ilə bağlı yayılan iddialara cavab verib.
"Unikal" xəbər verir ki, o, bu barədə özünün “Truth Social” sosial şəbəkəsində yazıb.
O, bildirib ki, "Heç vaxt özümü bu qədər yaxşı hiss etməmişəm".
Qeyd edək ki, son günlər mətbuatda respublikaçının səhhətinin pisləşdiyi və hətta “vəfat etdiyi” ilə bağlı şayiələr yayılıb. Bu xəbərlərə səbəb Trampın avqustun 27-də keçirilən Nazirlər Kabineti iclasından sonra ictimaiyyət qarşısına çıxmaması olub. Halbuki onun həftəsonu üçün sıx qrafiki planlaşdırılmışdı. Avqustun 31-də amerikalı jurnalist Laura Rozen Trampın Virciniya ştatının Sterlinq şəhərində yerləşən qolf sahəsindən çəkilmiş yeni fotosunu yayımlayıb. Bu, prezidentin “ölümü” barədə şayiələrdən sonra ortaya çıxan ilk görüntüsü olub.
Gülayə Mecid