Əfqanıstan zəlzələdən sonra Rusiyadan kömək istəyib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin xüsusi nümayəndəsi Zamir Kabulov məlumat verib. O bildirib ki, hazırda zəlzələdə xəsarət alan Rusiya vətəndaşları barədə məlumat yoxdur, lakin bunun ehtimalı azdır. Sentyabrın 1-nə keçən gecə Əfqanıstanda 6,0 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət Pakistanla sərhədə yaxın Cəlalabad şəhərindən 17 mil (27,3 km) aralıda qeydə alınıb. Əfqanıstan Səhiyyə Nazirliyinin sözçüsü bildirib ki, seysmik hadisə ucqar dağlıq ərazidə baş verib, hadisədə 800 nəfər həyatını itirib.