Sseçki qanunvericiliyini pozmaqda şübhəli bilinən 14 vətəndaş saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Saat 18:00-a olan məlumata görə, Ermənistan Daxili İşlər Nazirliyinin əməliyyat mərkəzinin 112 nömrəsinə və 87-67 qaynar xəttinə 57 məlumat daxil olub.

Qeyd edilib ki, təkrar səsvermə ilə bağlı 19 hal, səsvermə gizliliyinin pozulması ilə bağlı 15 hal, seçki hüquqlarının həyata keçirilməsinə mane olan iki hal, hər biri rüşvət alma və seçki məntəqəsində iti iti silah gəzdirmə ilə bağlı bir hal qeydə alınıb.

Bu hadisələrlə bağlı toplanan materiallar məhkəməyəqədər istintaq orqanlarına göndərilib.

*** 15:34

Ermənistanda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilər zamanı qeydə alınan pozuntularla bağlı indiyədək 29 siqnal daxil olub.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, saat 14:00-a olan vəziyyətə əsasən, daxil olan müraciətlər üzrə 6 nəfər saxlanılıb.

Nazirlik həmçinin qeyd edib ki, seçki prosesi zamanı mümkün qanun pozuntuları ilə bağlı daha 121 müraciət hazırda araşdırılmaq üçün emal mərhələsindədir.