İtaliyanın Roma şəhərində keçirilən Dünya Taekvondo Qran Pri turnirində Azərbaycan millisinin üzvü Qaşim Maqomedov (-58 kq) bürünc medal qazanıb.

"Unikal" xəbər verir ki, təmsilçimiz medala gedən yolda İtaliya, Yunanıstan və Çin rəqiblərini mübarizədən kənarlaşdırıb.

Qeyd edək ki, təmsilçimiz turnirə Dünya Taekvondo Federasiyasının (WT) reytinq sıralamasına əsasən dəvət almışdı.

“Qran Pri” seriyası dünya taekvondosunun ən nüfuzlu yarışlarından biri hesab olunur və burada qazanılan nəticələr idmançılara həm dünya reytinqi, həm də Olimpiya təsnifatı xalları qazandırır.