“İqlim böhranının təsirlərini minimum səviyyəyə endirmək üçün intensiv səylər göstəririk. Həyat yoldaşım Əminə Ərdoğanın təşəbbüsü ilə başladılan Sıfır Tullantı Hərəkatı qlobal ekoloji səfərbərliyə çevrilib”.
"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb tayyib Ərdoğan deyib.
O bildirib ki, iqlim məsələsi müharibələr və qlobal pandemiyalar kimi bütün bəşəriyyəti təhdid edən ciddi problemdir. Hava, qida çirklənməsindən tullantıların idarə olunması və iqlim mənşəli problemlərə qədər bütün bu məsələlərin “kəpənək effekti” ilə bir-birinə təsir göstərdiyi danılmaz həqiqətdir. Bu təsirlər hər keçən gün daha çox hiss olunur. Milyardlarla illik Yer kürəsi tarixində iqlim hər dövrdə dəyişikliklərə məruz qalıb. Əsas məsələ bu dəyişikliklərin böhrana səbəb olmadan idarə edilməsidir.
Türkiyə Prezidenti qeyd edib ki, BMT hesabatına görə, hazırda dünyanın müxtəlif bölgələrində 43 milyon uşaq aclıqdan əziyyət çəkir. İstehsal olunan qidanın üçdə biri israf edilir. Tullantı problemi də qlobal miqyasda ciddi təhdid olaraq qarşımızda dayanır. Əminə xanım Ərdoğanın forumun açılışında bəhs etdiyi 1,6 milyon kvadratmetr sahəni əhatə edən “zibil qitəsi” problemi bunun qorxuducu nümunəsidir.






















.jpg)

































