“Tottenhem” heyətini yeni futbolçu ilə gücləndirib.

"Unikal" xəbər verir ki, London təmsilçisi “Bornmut”dan ayrılan Markos Senesini transfer edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Yaxın günlərdə transferin rəsmən açıqlanacağı gözlənilir..

Qeyd edək ki, Argentina millisinin üzvü olan 29 yaşlı müdafiəçi başa çatan mövsümdə Premyer Liqada 35 oyuna çıxıb və 5 məhsuldar ötürmə edib.