Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri maraqlı proqramla davam edir.
"Unikal" xəbər verir ki, iyunun 6-da Arkadağ şəhərindəki Göroğlu adına Dövlət Atçılıq Sirkində Azərbaycan və Türkmənistan Dövlət Rəqs ansambllarının birgə konserti təşkil olunub.
Tədbirdə Azərbaycan mədəniyyət naziri Adil Kərimli, Türkmənistan mədəniyyət nazirinin müavini Nursəhet Şirimov, Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov, iki ölkənin Mədəniyyət nazirliklərinin nümayəndələri, mədəniyyət xadimləri, ictimaiyyət təmsilçiləri iştirak ediblər.
Konsert proqramında iki ölkənin rəqs kollektivləri milli rəqsləri təqdim edib.
Azərbaycan Dövlət Rəqs Ansamblının nümayiş etdirdiyi “Nağaralar”, “Toy”, “Qazaxı”, “Tərəkəmə”, “Çayçı”, “Ağçiçək” və “Uzundərə” rəqsləri tamaşçıların böyük marağına səbəb olub, alqışlarla qarşılanıb.
Azərbaycan və Türkmənistan xalqlarının zəngin mədəni irsini əks etdirən çıxışlar tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Rəngarəng səhnə nömrələri iki qardaş xalq arasında mövcud olan dostluq və mədəni yaxınlığı bir daha nümayiş etdirib.
Daha sonra tədbir Türkmənistanın milli at şousu ilə davam edib. Şou zamanı atlarının iştirakı ilə müxtəlif akrobatik nömrələr nümayiş olunub. Türkmən xalqının qədim atçılıq ənənələrini əks etdirən təqdimat iştirakçılara unudulmaz anlar yaşadıb.

























.jpeg)
.webp)



.webp)

.jpg)














.webp)

