Türkiyə televiziya tarixinin ən çox izlənilən layihələrindən biri olan "Arka Sokaklar" ötən gün yayımlanan 751-ci bölüm-mövsüm finalı ilə izləyicilərini həm təəccübləndirib, həm də kədərləndirib.

"Unikal" xəbər verir ki, buna səbəb serialın final səhnələrində əsas qəhrəmanların “şəhid” olması ilə bağlı dramatik kadrların yer alması olub.

Belə ki, Rıza baba və komandası təhlükəli əməliyyat zamanı silahlı pusquya düşüb. Atışma zamanı Rıza baba, Mesut, Hüsnü, Selin və digər komanda üzvlərinin şəhid olduğu göstərilib. “Vətən sizə minnətdardır” mesajı ilə təqdim olunan təsirli səhnələr sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.