Qara dənizdə Türkiyə bayrağı altında üzən “Duru 67” balıqçı gəmisinə hücum edilib.
"Unikal" Türkiyə Daxili İşlər Nazirliyinin Sahil Mühafizəsi Komandanlığına istinadla xəbər verir ki, iyunun 5-də Krım yarımadasının qərbində, Sevastopol sahilləri yaxınlığında baş vermiş hadisə nəticəsində gəmi batıb, bir balıqçı həlak olub.
Daha dörd nəfər isə yaxınlıqda olan “Burak Kaya” balıqçı gəmisi tərəfindən yaralı vəziyyətdə xilas edilib.
Hadisə rayonuna göndərilən Türkiyə Sahil Mühafizəsi Komandanlığına məxsus “TCSG-96” gəmisi həlak olmuş balıqçının cəsədini və yaralıları götürərək İnebolu limanına yola düşüb.
Hadisənin səbəbləri araşdırılır.














.jpg)












.jpeg)













.jpg)












