Böyük Britaniyanın Baş naziri Keir Starmer ABŞ administrasiyasının Britaniya demokratiyasına kobud şəkildə müdaxilə etməyə və cəmiyyətdə bölünməni qızışdırmağa çalışdığını açıq şəkildə bildirib.

"Unikal" xəbər verir ki, o, bu barədə "The Guardian" qəzeti yazır. 

ABŞ-nin vitse-prezidenti C.D. Vensin britaniyalı yeniyetmə Henri Novakın qətli ilə bağlı açıqlamaları diplomatik qalmaqala səbəb olub. ABŞ-nin yüksək vəzifəli respublikaçı siyasətçisi X sosial media platformasında yeniyetmənin ölümünü kütləvi miqrasiyanın nəticələri ilə birbaşa əlaqələndirən bir paylaşım edib.

Vans bildirib ki, Novak "əgər Avropa elitasının son bir neçə nəsli özünə nifrət siyasətinə və Qərbə xor baxan immiqrantların kütləvi axınına qarşı mübarizə aparsaydı" sağ olardı.

Buna cavab olaraq, Dauninq-strit sözçüsü Vensin adını çəkmədən vurğulayıb ki, son günlərdə London xarici qüvvələrin Britaniya küçələrində bölünmə yaratmaq cəhdlərinin şahidi olur və Novakın kədərli ailəsinin faciədən siyasi manipulyasiya üçün istifadə etməmək barədə birbaşa xahişlərini qulaqardına vurur.