Ukrayna prezidenti Volodimir Zelenski ilə Kiyevdə görüşən rusiyalı iş adamı, milyarder Roman Abramoviçdir. 

"Unikal" xəbər verir ki, bunu Ali Radanın deputatı Aleksey Qonçarenko Telegram kanalında bildirib. 

“Məndə olan məlumata görə, belə bir görüş həqiqətən də baş tutub və söhbət Roman Abramoviçdən gedir. Zelenski ilə görüşəb və Putinə məlumat çatdırmaq üçün Kiyevə gələn də o idi ”, - deyə paylaşımda bildirilir.

Rusiya tərəfi hələlik bu məlumatı təsdiqləməyib.