İrəvanın hava limanında seçkilərdə iştirak etmək üçün Rusiyadan gələn Ermənistan vətəndaşlarının böyük axını müşahidə olunur.
"Unikal" erməni mediasına istinadən xəbər verir ki, İrəvanın Zvartnots hava limanında sıxlıq müşahidə olunub.
Belə ki, ölkəyə çoxlu sayda erməni və rus turist gəlir.
Bundan əvvəl Rusiya Federasiyası administrasiyasının səsvermənin nəticələrinə təsir göstərmək və Ermənistanda hakimiyyəti dəyişmək məqsədilə seçicilərin daşınmasını təşkil etmək planları barədə məlumat yayılmışdı. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da Rusiyadan gələn ermənilən səs verməməli olduqlarını bildirmişdi.






















































