Ermənistanda növbəti seçki rüşvəti faktları aşkarlandı, saxlanılanlar var

"Unikal" xəbər verir ki, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi və Milli Təhlükəsizlik Xidmətinin keçirdiyi tədbirlər nəticəsində Lori vilayətinin bir sıra sakinlərinə parlament seçkilərində müəyyən siyasi qüvvənin xeyrinə səs vermələri şərti ilə seçki rüşvəti verildiyi müəyyən edilib.

Məlumata görə, “Güclü Ermənistan” partiyalar blokundan deputatlığa namizədin seçicilərə pul təklif etdiyi barədə faktlar əldə olunub.

Faktla bağlı başlanmış cinayət işi çərçivəsində bir neçə nəfər saxlanılıb, axtarışlar və digər prosessual tədbirlər həyata keçirilib.