Koloradoda iki kiçik təyyarənin havada toqquşması nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə "NBC News" yazıb.
Morqan qraflığının şerif ofisinin verdiyi məlumata görə, iki kiçik təyyarə eyni vaxtda Fort Morqan hava limanına enməyə cəhd edərkən havada toqquşub.
Səlahiyyətlilər hər təyyarədə iki nəfərin olduğunu və qəza nəticəsində bir nəfərin öldüyünü, üç nəfərin yaralandığını qeyd edib.
Milli Nəqliyyat Təhlükəsizliyi Şurası qəza ilə bağlı araşdırmalara başlayıb.
Ağarza Elçinoğlu